ŞİRKƏT HAQQINDA
“MYPOS” MMC, 2002-ci ildə nəzarət-kassa aparatlarının satışı ilə başlayan iş həyatında qısa müddətdə qurduğu texniki dəstək xidməti ilə sektora güclü bir giriş etdi. Barkod sistemlərinin satışı və quraşdırılması ilə yanaşı, Ticarət avadanlıqları və proqram təminatı ilə təchiz olunmuş məhsul çeşidi və xidmətləri ilə sektorun tanınmış qurumlarından birinə çevrilmiş, böyük rəğbət qazanmıştır.
İnteqrasiya sistemlərinə uyğun yeni nəsil nəzarət-kassa aparatlarının, proqram təminatının, ticarət avadanlıqlarının satışı, quraşdırılması və dəstəyi sahəsində öncü şirkətlərdən biri olan “MYPOS” eyni zamanda mühasibatlıq və SMM xidmətləri ilə də fəaliyyət göstərir
VİZYON
Doğru keyfiyyət-qiymət nisbətini təmin edən geniş məhsul çeşidi ilə müştəri gözləntilərini ən yüksək səviyyədə qarşılamaq
HƏLL TƏRƏFDAŞI
Mütəxəssis satış komandamızla işinizin xüsusiyyətlərinə uyğun olaraq ehtiyaclarınızı müəyyənləşdirir və sizin üçün ən uyğun həlli təklif edirik. Satış nöqtəmizin, yeni nəsil onlayn kassa aparatları, Ticarət avadanlıqları və POS sistem (poin of sale) qurğuları ilə bütün ehtiyaclarınızı bir nöqtədən paket şəklində əldə edə bilərsiniz.
Əlaqə
Canlı söhbət, e-poçt və telefon vasitəsilə çevik dəstək. 24 saat ərzində istənilən problemi həll edə biləcəyinizə zəmanət veririk.
